Daha bir partiya qeydiyyata alındı-CXP

Cümhuriyyət Xalq Partiyası (CXP) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət
qeydiyyatına alınıb.
Bu barədə GunAz.az-a məlumatı partiyanın sədri Bədrəddin Quliyev verib.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının təsis qurultayı 2010-cu il avqustun 14-də keçirilib.