Mətbuat Şurası xüsusi karantin rejimində çalışan jurnalistlərə tövsiyələrini açıqladı

Mətbuat Şurası xüsusi karantin rejimində çalışan jurnalistlərə tövsiyələrini açıqladı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 30-da keçirilmiş iclasında koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərlə bağlı qərar qəbul edib. Azərbaycan ərazisində xüsusi rejimin tətbiqini nəzərdə tutan bu qərarda tələb və tövsiyələrə mütləq qaydada əməl olunması şərti ilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən istiqamətlər içərisində kütləvi informasiya vasitələrinin də adı çəkilir.

Bu barədə Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin xüsusi rejim dövründəki fəaliyyətinə dair tövsiyələrində qeyd olunur.

Bildirilir ki, KİV-lər koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı aparılan işlərin mühüm təbliğatçıları olmaqla yanaşı, cəmiyyətdə xəstəlik təhlükəsinə qarşı məsuliyyət hissinin gücləndirilməsinə yönələn maarifləndirici işlər də həyata keçirməkdədirlər. Bu fəaliyyət son dərəcə vacibdir. Təqdirəlayiq haldır ki, media orqanlarımız öz işlərinə intizamlı yanaşmaqla, jurnalistikanın funksiya və vəzifələrinə, həmçinin peşələrinə sadiqlik nümayiş etdirilər.

Azərbaycan Mətbuat Şurası bütün bunları yüksək qiymətləndirir və xüsusi rejim şəraitində KİV-lərin fəaliyyətinin daha da səmərəli qurulması üçün aşağıdakı məqamlara diqqət yetirilməsinini vacib sayır:

Azərbaycan Mətbuat Şurası, həmçinin bildirir ki, Şuranın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə də diqqət yetirir. Bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov - (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilirb. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.

Azərbaycan Mətbuat Şurası onu da bildirir ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaqdır. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar.

скачать dle 12.1
Geri qayıt