Sabah Sumqayıtda qaz olmayacaq

Sabah Sumqayıtda qaz olmayacaq
Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
GunAz.az  "APA"ya istinadən xəbər verir ki, "Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq sentyabrın 20-də saat 10:00-dan 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrində, 11, 12, 13, 20, 21-ci  mikrorayonlarında, eləcə də  Corat qəsəbəsi, Novxanı, Saray, Corat, Ceyranbatan və  Metallurq bağlarında, ”Yaşıldərə” yaşayış massivində  qaz təchizatı dayandırılacaq. 
скачать dle 12.1
Geri qayıt