Kolumbiya Azərbaycandakı səfirliyini bağlayır

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayır
Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Espriella ölkənin diplomatik mövcudluğunu azaldacağını və 14 ölkədə səfirliklərini bağlayacağını elan edib.
GunAz.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə səhifələrində məlumat yayıb.
Kolumbiyanın bağlayacağı səfirliklər arasında Azərbaycanın da adı var.
Onun sözlərinə görə, Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadakı diplomatik nümayəndəliklərin fəaliyyətlərinin dayandırılacağı gözlənilir.
Məlumata görə, Fələstində səfirliyin açılması prosesi də dayandırılacaq.
Abelardo de la Esprella həmçinin 7 avqustda vəzifəyə başladıqdan sonra Kuba və Nikaraqua ilə diplomatik əlaqələri kəsəcəyini bildirib.
Bundan əlavə, o, qalan diplomatik nümayəndəliklərin effektivliyini qiymətləndirmək üçün texniki audit aparacağını vəd edib. Yeni seçilmiş prezident qeyd edib ki, əsas məqsəd dövlət xərclərini optimallaşdırmaqdır.
скачать dle 12.1
Geri qayıt