O hara BAXIR?
Heç bir tərif, tənqid, qəsdən və ya bilməyərəkdən edilən düşüncə və əməllər həqiqəti, nəticəni dəyişə bilməz, günəşin qərbdən çıxmasını sübut edə bilməz.
Bu gün Azərbaycan dövlətinin gücündə, qüdrətində, dünyanın yeganə qalib ölkəsi zirvəsində durmağında İlham Əliyevin ağlını, cəsarətini və başlıcası isə Azərbaycana layiqli xidmətini danmaq, bu həqiqətə kölgə salmaq mümkün deyil, faktlar həmişə kraldır.
Bəzən sadə vətandaşlar müəyyən vəziyyətlərdə suallar verirlər, İlham Əliyev hara baxır?
1. Məmur özbaşınalıqlarında
2. Bahaçılıqda
3. Maaş azlığında
4. Haqqı tapdalananda
5. Diplomlu övladı , ya özü iş tapmayanda
6. Rüşvətlə, özbaşınalıqla rastlaşanda
7. Hansısa millət vəkili camaatı qıcıqlandıran çıxışlar edəndə
8. Məmur övladları, özləri harınlıq edəndə
9. Müxtəlif sahələrdə xidmətlərdəki nöqsanlarda və s. hallarda bu suallar verilir.
Və bu suallar haqlı verilir, insanların dilini kəsmək olmaz, düşüncəsinə, qənaətinə hörmətlə yanaşmaq və bu reallığı da qəbul etmək lazımdır.
İnsanlar niyə sual verir ki, İlham Əliyev hara baxır?
O Prezidentdir, Ali Baş Komandandır ona görə.
İnsanların Ondan, I Vitse prezidentdən başqa ümid etdikləri məmur, problemlərini həll edə biləcək kimsənin olmağına inamsızlıq.
Öz vəzifələrini icra edə bilməyən "qara rüşvətxor kütlə"nin yarıtmaz fəaliyyəti.
Etimadı doğrutmayan, öz şəxsi mənafeyini dövlət, xalq mənafeyindən üstün tutan bi sürü vəzifəli şəxslərin, nəfsi, pulgirliyi, kütlüyü, iş bilməzliyi, savadsılığı, qeyri peşəkar olmağı.
Bəs doğurdan da İlham Əliyev hara baxır?
O dünyanın ən qüdrətli dövlətlərindən olan, ölkəmizə münasibəti də bəlli olan Rusiyaya baxır.
O İsrail və Amerikanın qəti qələbə çala bilmədiyi, 30 milyon soydaşımızın yaşadığı, ölkəmizə də münasibəti bəlli olan İrana baxır.
O elə öz kapital və dövlət maraqlarını güdən, bu prizmadan ölkəmizə baxan ABŞ və İsrailə baxır.
O bütün dünyaya baxır.
O "demokratiya", "dost" və s. qarmaqlarıyla təbii sərvətlərimizi, milli dəyərlərimizi, kimliyimizi, qələbəmizi ovlamaq istəyən beynəlxalq güclərə baxır.
O qələbəmizi göz bəbəyi kimi qorumağa, Azərbaycan xalqının milli mənəvi dəyərlərinin, ləyaqətinin, dövlət sərhədlərinin qorunmasına mükəlləfdir.
O dünyanın sürətlə dəyişən siyasi, iqdisadi, hərbi maraqlarından doğan mürəkkəb tənliklərə baxır.
O daha mürəkkəb dünya şahmatında Azərbaycanın gedişlərinə baxır.
O Qarabağı yenidən tikməyə, qurmağa, insanların ora qayıdıb yaşamasına mükəlləfdir.
O Zəngəzur dəhlizinə baxır, O içəridən və çöldən Azərbaycanımıza zərər vermək istəyənlərə, bizi bizlikdən çıxarıb, özgə, daha doğrusu muti bir xalq etmək istəyənlərə baxır.
O daha qlobal zaman və məkan baxımından Azərbaycana onun, telehinə baxır.
O gələcək, daha qüdrətli, müstəqil Azərbaycana baxır.
Onun İmkanı olsa malanı, lapatkanı götürüb ustalıq, fəhləlik edib, bütün Qarabağı özü qurar, yaradar, yolları çəkər, körpülər tikər. Çox tələsir, bəlkə də zamanın saatlarına səbri çatmır, saatların saniyələr kimi irəliləyib, təsəvvüründə canlandırdığı yenidən qurulmuş Qarabağı görmək istəyir. Naxçıvana dəmir yolu, aftomobil yolu görmək istəyir.
Elə Onun ən böyük güc mənbələrindən biri zamanı sürətlə hesablaya, sonranı və daha sonranı geniş təsəvvür edə bilməkdir. Tarixi şəxsiyyətlərin də birinci gücü "zamanla şahmat oynaya" bilməklə ölçülür.
Odur ki, bütün gedişlərini sürətlə edib, 44 günə məqsədə nail ola bildi, təbii ki dövlət, xalq, qəhrəman şəhid və qazilərlə birlikdə. Faktiki yeni reallıq yarandı, Azərbaycan qalib, diktə edən dövlət oldu.
O niyə tələsir?
Təkcə vətənpərvərlikdən, Qarabğı abad, insanları öz ata yurdunda görmək istəyindən irəli gəlmir bu, həm də zamanı qabaqlamaq, onun labrintə bənzər gediş trayektoriyalarının buradan keçməməsi üçün tələsir.
O tələsir. Danışıqdan çox qurub- yaratmağı əsas gediş hesab edir.
Çox gözəl hesablayır ki, işğaldan azad edilmiş ərazilərdə ordu hissələri yerləşdirmək, hava limanları tikmək, kənd, qəsəbə , şəhərlər salmaq zamana qarşı bir neçə gedişi əvvəldən hesablamaq deməkdi. Yeni reallıqlar yaratmaqdır. Zaman Və dünya ancaq reallıqla hesablaşırlar. 30 illik labrint gedişlər bunu göstərdi.
Onun hazırda bir ali məqsədi var: Müstəqil Azərbaycan Respublikasının tarixi çiçəklənmə və təkamül mərhələsini uğurla davam etdirmək. Zamana uduzmamaq!
Amma bütün bunlar əsas vermir ki, biz evdə uşağa deyək ki, gözlə, istədiyini gələcəkdə alacağam. Ya filan vaxt belə olacaq, əla olacaq.
Problemləri həll etmək üçün bütün komanda, Ondan nümunə göstərib, öz sahəsində vicdanla, dövlət tərbiyəsi ilə, dövlətdən qorxu ilə işləməlidir, xidmət etməldir. Tələsməlidir.
Əliyev neyləsin, hər vəzifəyə təyin etdiyi adamın başının üstündəki portreti yerində özü dayansın? Ya hər kəsin başının üstə bir qara maskalı, əlində torba adam qoysun? Ya Marsdan deputat, nazir, başçı gətirsin?
Burada bir məsələni də xüsusi vurğulayım. bəzən deyirlər ki, 90-cı illərin əvvəlindəki parlamentimiz, nazir və ya icrada işləyənlər rüşvətxor , korrupsiyaçı və s. deyildilər.
Ola bilsin müəyyən həqiqətlər var bu fikirdə.
Ümumiyyətlə mən tarixi, keçmişdəki insanlarımızla indikləri, xüsusilə hərbiçilərmizi müqayisə etməyin tərfadarı deyiləm, hamısı bzimdir, pisi də yaxşısı da. Bizim I Qarabağ müharibəsində, Cümhuriyyət dövründəki şəhidlərimiz, 44 günlük müharibədə və 1 günlük antiteror şəhidlərimiz, hər biri qəhrəmandır, eyni igdilik, müqəddəslik daşıyıcısıdır.
Amma O həqiqətlər də var ki, hər cür insan o vaxtkı parlamentə soxulmuşdu, nəticədə qarğa bazarına oxşayırdı.
O həqiqət də vardır ki, çörək növbələri, küçələrdə başsız silahlılar da var idi.
Dəhşətli həqiqət və nəticə isə o idi ki, 20 mindən çox şəhid verdik, indi də 4-5 min itkin şəhidimizin taleyindən xəbər yoxdur, əvəzində 20% torpağımız 30 il işğalda qaldı, ölkəmizə milyardlarla ziyan dəyid. İnkişafımız ən azı 50 il geriyə düşdü.
Yəni istər peşəkar mtəxəssis həm də ol oğru ol, istərsə də təmiz adam ol iş bilmə, hər ikisi ölkəyə fəlakətdir. Ən fəlakəti isə, digər qüvvələrin təsiri ilə ölkəni dağıt, ağa qara de, şər at, gözdən sal, onlara işlə. Bunun da adı xəyanətdir.
Amma bu o demək deyil ki, Azərbaycan xalqı ləyaqətli, peşəkar, intellektual səviyyəli, dövlətə və xalq sədaqətli oğul və qızlardan qısırdır.
Sadəcə olaraq, bu oğru, xəyanətkar, rüşvətxor, kapitalbaz, işbilməz, yarıtmaz cins və sortlar öz ətrafına, özünəbənəzr övladlarını, nəvə-nəticlərini, dost və qohumlarını yığıb elə barama, hörümçək toru toxuyurlar ki, ora heç bir layiqli vətəndaş bu şeytan labrintlərindən içəri girə bilmirlər. Görünməz, dəmir sədd çəkirlər dövlətlə vətəndaş arsına.
Nəticədə uduzan dövlət və xalq olur.
Diplomlu gənclər taksi sürür, fəhlə, ofisant işləyir, layiqli, istedadlı insanlar dövlətdən, ölkədən küsür, çoxu da baş alıb gedir. İsalahatlar, proqramlar gecikir.
Bütün bunların fonundan baxsaq, görərik ki,
Həqiqət təzadların ortaq məxrəcidir. Nəticə və həqiqət isə budur:
Təkcə 1 günlük antiterror əməliyyatı nəticələrinin Azərbaycan tarixində əhəmiyyəti, regionda rolu bəs edir ki, İlham Əliyevə özü razı olmasa da belə sağlığında Bakıda ən böyük heykəl qoyulusun.
İlham Əliyev XXI əsr dünya tarixinin şəriksiz, yeganə qalib Ali Baş Komandanıdır.
1. İkinci dünya müharibəsindən sonra heç bir lider bu cür qələbə qazanmamışdır:
- qısa müddətli, az itki ilə.
- təmiz və qətiyyətli, real qələbə.
- düşmənin şəhərlərini bombalamadan.
- heç kimin xahişini, məsləhətini, təhdidini qəbul etmədən.
- ləyaqətli, xalqımıza yaraşan qələbə.
2. 30 illik danışıqlarda Laçın, Kəlbəcərin adı çəkilmirdi. Onları da azad etdik.
3. Şuşa heç kimin ağlına gəlmirdi, bombalamadan, şəhəri dağıtmadan azad etdik.
4. Xankəndi heç kimin yuxusuna belə gəlmirdi, azad etdik.
5. Bütün Qarabağın nəinki hərbi, mülki parazitlərdən də təmizlənəcəyi, qaçıb gedəcəkləri də kimsənin yuxsuna girməzdi.
6. Hərbi texnikalarını sürütləyib Bakıya gəyirdik.
7. Hərbi cinayətkarlarını, " prezidentlərini", Xocalı qatillərini qol- bud edib Bakıya gətirdik.
8. Sülahməramlı kimi ortaya soxulmuş qırmızı ordunu da qısa müddətdə çıxardıq.
9. Qısa müddətdə ordunu əvvəlkindən də güclü vəziyyətə gətirdik.
10. Nəhayət azad edilmiş ərazilərdə ən müasir şəhərlər, kəndlər, hava limanları tikdik.
Axırda da deyib gülə-gülə Ağ evə girib, Zəngəzur dəhlizini də aldı.
Məhz aldı!
Bütün bunlar ümumən Azərbaycan xalqının unikal zəfərləridir. Təbii ki, birinci növbədə şəhidlərimizin, qazilərimizin rəşadətdir.
Amma dövlətin başçısının, Ali Baş Komandanın da öz halal payı vardır.
Onun həm də bir əsgər, xalqın bir üzvü kimi qəhrəmanlığı əbədiləşdirilməlidir. Bu elə ümumən azərbaycanlıların rəşadətinin, dünyaya nümunə olacaq ləyaqətli, təmiz qələbəsinin simvolu olardı.
İlham Əliyev istəməsə də belə, bu möhtəşəm heykəl qoyulmalıdır.
Onsuz da Onun və qəhraman əsgərlərinin zəfər heykəlini dünay tarixi özü qoymuşdur.
Sadıq Qarayev