Dağlardan gələn söz nəfəsi və MİLLİ RUH
Azərbaycan ədəbi mühitində elə qələm adamları var ki, onların ömür yolu yalnız yaşanan illərlə deyil, yazılan misralarla, qorunan mənəvi dəyərlərlə və cəmiyyətə xidmətlə ölçülür. Belə şəxsiyyətlərdən biri də tanınmış şair-publisist Tapdıq Əlibəylidir. Neçə vaxtdır ki, bu mehriban insan haqqında yazmaq istəyirdim, elə bir şərait yarandı ki, doğma Naxçıvanımıza, dağlar qoynunda yerləşən Tənənəm kəndimizə getməli oldum və ani bir halda dağlar qoynunda milli ruhlu təbiətsevər dostumuz , şair Tapdıq Bəy haqqında düşüncələrim qələmdən kağıza yönəldi. Bu il ömür kitabının 65-ci səhifəsini çevirən Tapdıq müəllim, yaradıcılığı, vətəndaş mövqeyi və sözə sədaqəti ilə Azərbaycan ədəbi-mədəni həyatında özünəməxsus yer tutan sənətkarlardandır.
Tapdıq Əlibəyli qədim Azərbaycan yurdu olan Yardımlının Bürzünbül kəndində dünyaya göz açıb. Uşaqlıq illərini dağların qoynunda, təbiətin saflığı və xalq ruhunun içində keçirən gələcək şair həmin mühitdən aldığı mənəvi enerjini sonralar poeziyasına daşımağı bacarıb. Onun yaradıcılığında yurd sevgisinin, torpaq bağlılığının, milli kimliyin bu qədər güclü hiss olunmasının əsas səbəblərindən biri də məhz bu mənəvi qaynaqlardır.
Şair üçün doğulduğu kənd sadəcə bir məkan deyil, həm də mənəvi ünvan, yaddaş və kimlik məfhumudur. Onun poeziyasında kənd həyatı, insan münasibətləri, təbiətin dili və zamanın izləri xüsusi poetik çalarlarla təqdim olunur.
Tapdıq Əlibəylinin yaradıcılığına nəzər saldıqda ilk diqqəti cəlb edən xüsusiyyət səmimiyyətdir. O, süni pafosdan uzaq, həyatın içindən gələn duyğuları sadə, anlaşıqlı və təsirli poetik dillə ifadə edir. Şairin şeirlərində vətən sevgisi, insan taleyi, mənəvi dəyərlər, sevgi, zaman və həyat fəlsəfəsi əsas mövzulardandır.
Onun misralarında Azərbaycan insanının düşüncəsi, hissləri və mənəvi dünyası yaşayır. Tapdıq Əlibəyli poeziyanı sadəcə estetik ifadə vasitəsi kimi deyil, həm də milli yaddaşı qoruyan mənəvi missiya kimi qəbul edir. Bu baxımdan onun yaradıcılığı müasir Azərbaycan poeziyasının milli ruhlu qollarından biri hesab edilə bilər.
Tapdıq Əlibəyli yalnız şeir yaradıcılığı ilə deyil, publisistik fəaliyyəti və ictimai mövqeyi ilə də tanınır. Uzun illər ərzində müxtəlif mətbuat orqanlarında çalışan müəllif Azərbaycan jurnalistikasında da öz sözünü deyib. Onun publisistik yazılarında milli maraqlar, ictimai problemlər, tarixi yaddaş və vətəndaş məsuliyyəti ön planda dayanır.
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və digər ictimai qurumlarda fəaliyyəti onun yalnız ədəbiyyata deyil, ümumilikdə milli-mədəni inkişaf proseslərinə bağlılığını nümayiş etdirir.
Tapdıq Əlibəyli haqqında yazan həmkarlarının və ədəbiyyat adamlarının fikirlərində bir məqam xüsusi vurğulanır: o, sözün məsuliyyətini dərk edən qələm sahibidir. Yaradıcılığında da, həyatında da dürüstlük, mənəvi bütövlük və əqidəyə sədaqət əsas prinsiplər kimi özünü göstərir.
Bu gün sürətlə dəyişən dünyada sözə və mənəviyyata bağlı qalmaq asan deyil. Lakin Tapdıq Əlibəyli yarım əsrdən artıq yaradıcılıq yolu boyunca bu prinsipləri qorumağı bacarıb. Məhz buna görə onun poeziyası oxucular tərəfindən təkcə oxunmur, həm də hiss olunur.
Altmış beş yaş insan ömründə müdriklik zirvələrindən biridir. Bu yaşa gəlib çatmaq həm də keçilən yolun mənəvi hesabatını vermək deməkdir. Tapdıq Əlibəylinin ömür yoluna baxdıqda isə qarşımızda zəngin yaradıcılıq irsi, onlarla kitab, minlərlə oxucu sevgisi və cəmiyyətə xidmət nümunəsi dayanır.
Ancaq əsl sənətkarlar üçün yubileylər dayanacaq deyil. Onlar yeni düşüncələrin, yeni əsərlərin və yeni ideyaların başlanğıc nöqtəsidir. Tapdıq Əlibəyli də bu gün öz söz dünyası ilə Azərbaycan ədəbiyyatının inkişafına töhfə verməyə davam edir.
65 illik yubiley münasibətilə tanınmış şair, publisist və ictimai xadim Tapdıq Əlibəylini səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq.
Qələmi daim iti, sözü daim işıqlı olsun!
Çünki sözə ömür verən insanlar zamanın içindən keçib əbədiyyətə qovuşurlar. Tapdıq Əlibəyli də məhz belə söz adamlarındandır.
Bilman İSAQ
Gunaz.az