Bakıda şok: Maşınlar binanın üstündə drift edir
Sosial şəbəkələrdə Bakıda avtomobillərin binanın üstündə drift etməsinin görüntüləri yayılıb.
Məlumata görə, maşınlar mərkəzdə yerləşdiyi bildirilən binanın üstündə şou göstəriblər.
GunAz.az xəbər verir ki, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Oxu.az-a bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub.
Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.
