O baxışın xatirə günü
Universitetin ilk günləri çox vaxt səssiz başlayır. O səssizlikdə insan nə tam tələbə olur, nə də məktəb illərindən tam ayrılmış. Sadəcə yeni bir yolun kənarında dayanıb ətrafına baxırsan, hər şey həm tanış, həm də uzaq görünür.
Jurnalistikaya giriş dərsi də həmin günlərdən birində idi. Auditoriyada hamı eyni başlanğıcın içində olsa da, hər kəsin içində fərqli bir istiqamət hərəkət edirdi. Sanki görünməz bir xəritə tələbələri ayrı yollara hazırlayırdı. Dərs başıadı,Səadət müəllimə auditoriyaya daxil olub danışmağa başlayanda otağın havası dəyişdi sanki. Bu dəyişiklik səsin tonunda yox, diqqətin dərinliyində hiss olunurdu. O, mövzunu sadəcə izah etmirdi; cümlələr auditoriyanın içinden keçib geri qayıdırdı, hər söz öz yerini özü tapırdı.
Həmin dərsdə yaddaşımda böyüyən bir detal qaldı: onun baxışı. O baxış otağın içində bir nöqtədə dayanırdı və o nöqtə mən idim. Yaşca digərlərindən böyük idim, amma o baxışda nə fərqləndirmə vardı, nə də yadlıq. Sadəcə bir insanı görmək və onu olduğu kimi oxumaq cəhdi vardı.
Dərs bitəndə müəllimə yanımda dayandı və çox sadə bir sual verdi: bu sahəni necə seçdin?, seçim təsadüf idimi, yoxsa içəridə çoxdan başlayan bir yolun davamı? O an sual sadə görünürdü. Sonradan anladım ki, bəzi suallar cavab üçün deyil, insanın özünü eşitməsi üçündür.
Həmin qısa söhbət zamanla yaddaşımdan silinmədi. Əksinə, daha da aydınlaşdı. Çünki insanın həyatında istiqamət dəyişən anlar çox vaxt böyük hadisələrlə yox, vaxtında deyilmiş bir diqqətlə başlayır.
Saadət müəllimənin dərslərində ən çox hiss olunan şey informasiyadan daha çox münasibət idi. O münasibət dinləməklə başlayırdı; sözün yarımçıq yerinə toxunmurdu, onu olduğu kimi qəbul edirdi. Buna görə də Səadət müəllimənin olduğu auditoriyada sükut belə başqa cür səslənirdi.İnsan danışmasa belə hiss edirdi ki, burda eşidilmək var, burda diqqət var. Bu hiss dərsin mövzusundan daha uzun qalır yaddaşda.
İllər sonra geriyə baxanda anlayıram ki, o gün sadəcə başlanğıc deyildi — bir istiqamət idi. Bəzən insanın yolunu kitablar yox, bir baxış müəyyən edir və o baxış səni özünə qaytarır.
Saadət müəllimə həmin gün yalnız dərs keçmədi. O, bir iz qoydu yaddaşımda. Və o iz zaman keçdikcə köhnəlmir, əksinə daha aydın görünür. Həmin aydınlıq isə sadəcə sözə çevrilmir — uzun illər yaddaşın sakit qatında qalır.
Bu gün mənə bu hissləri yaşadan, yaddaşımın sakit qatında dərin iz buraxan Saadət müəllimənin doğum günüdür.Ad gününüz mübarək,Ustad.
Sözlərin bitdiyi yerdə belə sizin qoyduğunuz iz davam edir — işıq kimi, sükut kimi, yaddaş kimi.
Sizə dərin hörmət və səmimi minnətdarlıqla,
İlahə Allahverdiyeva

GunAz.az saytının baş redaktoru