Azərbaycan təhsilini müasir trendlərlə ayaqlaşdıran GƏNC MÜƏLLİMƏ

Azərbaycan təhsilini müasir trendlərlə ayaqlaşdıran GƏNC MÜƏLLİMƏ
Bu gün həmkarımız İlahə Allahverdiyevanın qızı Nilgün Allahverdiyevanın ad günüdür Təhsil fədaisi olmaq təkcə bilik ötürmək deyil, həm də gələcəyi vicdanla inşa etməkdir. Bu gün tanınmış jurnalist, dəyərli həmkarımız İlahə Allahverdiyevanın ailəsində sevinc yaşanır. 
 Nilgün xanım gənc yaşına baxmayaraq, həm pedaqoji fəaliyyətində, həm də elmi yaradıcılığında öz imzasını qoymağı bacaran ziyalılardandır. Onun öz peşəsinə olan sonsuz sevgisi və şagirdlərinə qarşı göstərdiyi vicdanlı münasibət, bir müəllimə üçün ən ali keyfiyyətlərdən biridir. Müasir dövrün tələblərini dərindən dərk edən Nilgün müəllimə, təkcə dil öyrətməklə kifayətlənmir, həm də elmin ən aktual istiqamətlərini tədqiq edir. Onun uğurları artıq ölkə hüdudlarını aşaraq beynəlxalq müstəviyə yüksəlib. Nilgün Allahverdiyevanın “Süni intellektin rəqəmsal təhsil sahəsinin yaradılmasında rolu, əhəmiyyəti və tətbiqi” adlı elmi məqaləsinin nüfuzlu beynəlxalq jurnalda dərc olunması həm bir gənc müəlim kimi onun potensialından, həm də Azərbaycan təhsilinin müasir trendlərlə ayaqlaşmasından xəbər verir.Təhsilin rəqəmsallaşdığı bir dövrdə süni intellektin imkanlarını elmi şəkildə əsaslandıran bir müəllimənin yetişməsi, cəmiyyətimiz üçün qürurvericidir. Biz də saytımızın kollektivi adından, həmkarımız İlahə xanımı və Nilgün müəlliməni təbrik edirik! 
Nilgün xanıma cansağlığı, şəxsi xoşbəxtlik və şərəfli müəllimlik yolunda yeni elmi-pedaqoji uğurlar arzulayırıq. Qoy uğurlarınızın sədası həmişə ucalardan gəlsin! 
Ad günün mübarək, gənc ziyalı!
 Bilman İsaq
скачать dle 12.1
Geri qayıt