Mən bu tarixi kitablardan oxumadım — yaşadım
Mən bu tarixi kitablardan oxumadım — yaşadım.
1990-cı ilin yanvarında Azadlıq meydanında 17 gün xalqla çiyin-çiyinə dayanmışam. O meydan sadəcə bir mitinq yeri deyildi; orada xalqın ürəyi döyünürdü. Gecə-gündüz minlərlə insan meydanı tərk etmirdi. Qorxu yox idi. Ümid vardı. İnanc vardı. Azadlıq vardı.
Xalqımız sülh yolu ilə haqqını tələb etdi. Əlimizdə silah yox idi — əlimizdə bayraq, dilimizdə azadlıq sözü vardı. Qadınlar, qocalar, gənclər eyni sırada dayanmışdı. Heç kim düşünməzdi ki, bir imperiya öz vətəndaşının üzərinə tank sürər.
Amma sürdülər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya yeridildi. Tanklar insanların üzərinə yeridi, güllələr evlərə, küçələrə, bağçalara yağdı. Qaçanları vurdular, yaralıya kömək edənləri güllələdilər, təcili yardım maşınlarını belə atəşə tutdular. O gecə insan həyatının dəyəri tapdalandı.
Mən o gecəni gördüm.
Parçalanmış bədənləri, yerdə qalan cavanları, fəryad edən anaları gördüm. Və təsadüf nəticəsində sağ qaldım. Hələ qan iyi küçələrdən çəkilməmiş, hələ şəhidlərin torpağı qurumamış, faciədən cəmi bir həftə sonra gördüyüm ağlasığmaz vəhşilikləri qələmə aldım.
Bu sətirlər masa arxasında yox, qanlı küçələrin içində doğuldu. Yazmamaq mümkün deyildi. Susmaq xəyanət olardı. Yaşananlar bu şeirdə ifadə olundu. Bu şeir 20 Yanvarın statistikası deyil — şahidin fəryadıdır.
Qərənfillər dilə gəlib fəryad edirdi o anlar
(20 Yanvar Şəhidlərimizin əziz xatirəsinə)
Güllə yağırdı evlərdə, küçələrdə, bağçalarda,
Qan içində boyanmışdı xonçalar da, xalçalar da.
Yerdə qalıb çapalayan bədənsiz o qol, əl, qılça,
Saralmış o cəsədlər də qalaq-qalaq, parça-parça.
Göydən zülm ələnirdi, yerdən alov-od çıxırdı,
Şəhidlərin naləsindən şimşəklər də hey çaxırdı.
Paralandı qocalar da, cavanlar da, şaqqa-şaqqa,
Törətdilər erməni–rus bir faciə, gör nə hoqqa?
Qərənfillər dilə gəlib fəryad edirdi o anlar,
Qarışmışdı yağan qara, al qırmızı qara qanlar.
Qorxmaz igid şəhidlərim çəkmədi bir dəfə də ah,
Kimlər idi cinayəti törədənlər, aman Allah?
Vəhşiləşmiş rus ordusu susamışdı türk qanına,
Qorbaçovlar, Bakatinlər qıydı xalqımın canına.
Unutmayın o gecəni, şəhidləri görən şahid,
Xalqın qürur mənbəyidir, anılacaq hər bir şəhid.
Şəhidlərim yaşayacaq, qəlbimizdən solmayacaq,
İnanın ki, günahkarlar heç cəzasız qalmayacaq.
Rauf İLYASOĞLU.
20 Yanvar yalnız matəm günü deyil. Bu tarix Azərbaycan xalqının azadlıq yolunda verdiyi ən ağır, amma ən şərəfli qurbanın adıdır. Tanklar bədənləri əzdi, amma xalqın iradəsini əzə bilmədi. Şəhidlərimiz bu torpağın qürur möhürüdür.
Bu yazı və bu şeir bir anddır:
20 Yanvar unudulmayacaq.
Unutdurulmayacaq.