Bu məsələdə güzəşt özü elə xəyanətdir!
Sadıq Qarayev
Ziyalı mövqeyi
Ölkədə çox ciddi siyasi-ictimai-hüquqi proseslər gedir. Dövlət çevrilişinə cəhd olunub.
Respublikanın konstitusiya quruluşuna, milli dövlətçiliyin məhvinə, müstəqilliyə qarşı, faktiki ölkənin işğalına yönəlik real fəaliyyət olub, addımlar atılıb ki, təhlükəsizlik orqanları hərəkətə keçib.
Biz vətən müharibəsindən əvvəl, müharibənin gedişində və sonrakı mərhələlərdə Dövlət təhlükəsizlik orqanlarının, çekistlərimizin yüksək peşəkərlıq, cəsarət və dövlətsevərliklə göstərdikləri fəaliyyətin, qəhrəmanlıqların nəticələrini gördük. Düzdür peşə xüsusiyyətindən, iş metodlarından irəli gələrək, detallarını bilməsək də, “DQR” “Prezidentlərinin”, əli xalqımızın qanına batmış cəlladların tutulub, məhkəmə qarşısana gətirildiklərinin şahidi olduq.
Odur ki, təhlükəsizlik orqanlarının əməliyyatlarına, fəaliyyət istiqamətlərinə, dürstlüyünə və peşəkarlığına qəti şəkildə inanmalıyıq. Onlar nə etdiklərini yaxşı bilirlirlər. Dövlətçiliyə, xalqın maraqlarına zidd real faktiki addımlar atılmasaydı, indi müşahidə etdiyimiz hərəkətlilik olmazdı.
Bu məsələlərə ictimai, siyasi don geyindirmək, əldə heç bir fakt olmadan mühakimə yürütmək, dedi-qodulara inanmaq qətiyyən yolverilməzdir. Eyni zamanda BƏZİ MƏTBU ORQANLARDA fürsətdən istifadə edib, şəxsi maraqlar çərçivəsində rəqibləri, gözü götürməyən adamları qaralamaq, bostanlarına daş atmaq da, doğru deyil.
Dürüst, həqiqi vətəndaşın mövqeyi belə olmalıdır ki, ölkə qanunlarına, demokratik prinsiplərə uyğun fəaliyyət göstərən, heç bir şəxs nahaq həbs edilə bilməz, bu yolverilməzdir. Bayrağımıza, xalqımıza və dövlətçiliyimizə qarşı bilərəkdən, maskalanmış və ya hansısa formada real, faktiki fəaliyyət göstərmiş şəxs isə bağışlana bilməz. İstər siyasətçi, keçmiş məmur, istərsə də indi hansısa vəzifədə çalışsın fərq etməz, qanunla cəzalanmalıdr.
Dövlətin təhlükəsizliyi yüksək gərginlikli elektrik naqili kimi bir şeydir, toxunan olarsa, kimliyindən, vəzifəsindən, ad-familyasından asılı olmayaraq vurub qaraldacaqdır. Buna hər kəs inanmalıdır.
Dövlət sevgisi, nifrəti və s. hissləri olmayan soyuqqanlı maşındır, yoluna çıxanı əzib, keçəcək. Gözündən heç kim, neç bir hadisə yayınmır, güzəşt hissi yoxdur, əzə bilmədiyi qüvvə və şəxs də yoxdur. Hər kəs özü, ALLAHI və bir də təhlükəsizlik orqanları bilir o yola nə qədər çıxıb, dövlətə, xalqa nə zərər verib, vaxtını gözləsin.