Duyğuları zəkalı, öz adı da Zəka...
“Krasnodardan gələn məktub” silsiləsindən
Ülvi Hüseyn, həkim, RF, Krasnodar diyarı
(Dostum Zəka Vilayətoğlunun ad gününə)
1983-89-cu illərdə, Tibb instititunda oxuduğum vaxtlar keşməkeşli dövrə düşdü. Həmin dövrdə nələri görüb yaşadığımızı əksəriyyət oxucular şahidi olublar. Ona görə də sırf şəxsi bir tanışlıqdan yazacam.
Tələbəlik dövründə bir maraqlı ənənəmiz vardı. Bakıda təhsil alan gədəbəyli tələbələr zaman-zaman bir yerə yığışar, saza-sözə qulaq asardıq, bəzən hörmətli həmyerlilərimizi dəvət edib onları dinlərdik. Belə görüşlərin təşkilində o vaxtkı ADU-nun tələbəsi, əslən Hacıalılar kəndindən olan Zahid Bağırov xüsusilə fəal təşkilatçılıq edərdi. ADU-nin yataqxanasının böyük salonunda, Politexnik institutu ilə üzbəüz kafedə, məşhur “Kvant”da dəfələrlə belə görüşlərimiz olmuşdu. Bu görüşlərə İlyas Tapdığı, Şamil və Cəmil Əhmədliləri, Rəşid Mahmudovu, Telman Haqverdiyevi, Dəmir Gədəbəylini, Musa Ələkbərlini və digər çox hörmətli ziyalılarımızı dəvət edərdik. Belə görüşlərimizin həmişə sazlı-sözlü qonağı Zəka Vilayətoğlu olardı. Həm aşıq mahnılarının, həm bəstəkar və xalq mahnılarının mahir ifaçısı kimi Zəkanın ifasını böyük məmnuniyytlə dinlərdik. O zaman Zəka İncəsənət institutunda təhsil alırdı. Sonra zaman-zaman onun efirdən, ekrandan, şadlıq tədbirlərindən xoş sədasını eşidirdim, vaxt tapdıqca ara-sıra görüşürdük.
2008-ci ildən işimlə əlaqədar olaraq ölkədən xaricdə yaşamağıma baxmayaraq yenə də Zəka Vilayətoğlu ilə zaman-zaman əlaqəmiz var. Zəka təkcə bir müğənni kimi deyil, həm də bir çox müxtəlif musiqi alətlərinin mahir ifaçısıdır. Zəka Vilayətoğlunun mahnıları indi bir çox müğənnilərimizin repertuarında yer alıb. Çox gözəl incə lirizmlı, yeni mənalı tapıntıları olan şeirlər müəllifidr. Bir az da irəli getsək, Zəka bir çox hekayələr və romanlar müəllifidir. Bu yaxınlarda isə ulu babası, elimizin igid qəhrəmanı Məcid ağa Şəkibəyov haqqında “Şah ölüm” filmini təqdim etdi.
Belə bir söz var, istedadlı insan hər sahədə istedadlı olur. Xüsusən sənət adamları arasında universal yaradıcılıq qabiliyyətinə malik insanlar öz yaratdığı əsərlər ilə yaddaşlarda dərin iz buraxırlar, böyük mənəvi zövq bəxş edirlər. Zəka Vilayətoğlunun hər təqdim etdiyi əsər, istər mahnı olsun, istər hekayə olsun, istər böyük həcmli bir yaradıcılıq nümunəsi olsun, insana zövq verməklə bərabər onu düşünməyə məcbur edir, duyğuların axarında bir ləngər vurmağa çağırır. Onun hər bir əsərində ilk növbədə bir xeyirxah duyğulu, xoş niyyətli insan obrazı göz önünə gəlir, insanları hüzura, əmin-amanlığa, ən əsası sevgiyə çağırır.
Dostum Zəka Vilayətoğlunu ad günü münasibətilə təbrik edirəm. Növbəti yazılarımda onunla bağlı maraqlı əhvalatlardan da danışacağam.
Biz də Redaksiya kollektivi olaraq sevimli xanəndə, bəstəkar, şair dostumuz Zəka Vilayətoğlunu təbrik edir can sağlığı ilə yazıb yaratmağı arzulayırıq.