Brejniyevin Müslüm Moqamayevə YANLIŞ AVTOQRAFI
Konsertdən sonra Brejnevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayev Heydər Əliyevin dediyi kimi xüsusi hazırlanmış qovluğu xatirə hədiyyəsi kimi Leonid İliçə təqdim edib:
- Hörmətli Leonid İliç, mən bu musiqi əsərini sizə bütün Azərbaycan xalqı, Azərbaycanın incəsənət nümayəndələri və şəxsən öz adımdan təqdim edirəm.
Müslüm Maqomayev bu sözləri o qədər aşağı tonla deyib ki, Brejnev heç nə eşitməyib. Görkəmli ifaçı sonralar bunu özü də etiraf edib: “Mən fikirlərimi çox yavaş ifadə edirdim. Demək olar ki, dodağımın altında mızıldanırdım. Hiss etdim ki, Brejnev heç nə eşitmədi və onu da hiss etdim ki, Brejnevin eşitmə qabiliyyəti çox zəifdir”.
Heç nə anlamayan Brejnev qovluğu götürüb stolun üzərinə qoyub. Elə düşünüb ki, Müslüm Maqomayev ondan avtoqraf istəyir. Qələmini çıxarıb qovluğa öz imzasını qoyub. Çaş-baş qalan Müslüm Maqomayev nə edəcəyini bilməyib və sakitcə Heydər Əliyevdən soruşub:
- Mən nə etməliyəm?
- Qovluğu götür, belə hadisə hər gün baş vermir, yadigar saxlayarsan.
Ziyafətin sonunda isə Heydər Əliyev həmin qovluğun ikinci bir nüsxəsini xatirə olaraq özü Brejnevə təqdim edib. O, bu qovluqdan iki nüsxə hazırlatdırıbmış. Çünki Heydər Əliyev əvvəlcədən hər şeyi nəzərə almağı bacarıb.
Beləliklə, saysız-hesabsız insanlara avtoqraf verən Müslüm Maqomayev anlaşılmazlıq nəticəsində Leonid İliç Brejnevdən avtoqraf almağa məcbur olub.
---
Ermənistan SSR KP MK-nın I katibi Dəmirçiyan Heydər Əliyevə zəng vuraraq bildirir ki, biz üzümçülük sahəsində Azərbaycan SSR ilə Ermənistan SSR arasında sosializm yarışına dair müqavilə bağlamaq istəyirik. Heydər Əliyev ona özünəməxsus olan bir yumorla cavab vermişdi:
— Siz belə bir müqaviləni Cəlilabad rayonu ilə bağlasanız daha yaxşı olar. Ermənistan SSR cəmisi 200 min ton üzüm istehsal edir. Bizim Cəlilabad rayonunda isə 250 min ton üzüm dərirlər.
Ruhunu ehtiramla anırıq...

Topladı:
Sürəyya HACIYEVA