Bu vətəni sevməyənin ürəyinə qadam olsun!

Bu vətəni sevməyənin ürəyinə qadam olsun! Zəka VİLAYƏTOĞLU
İstəyirəm bir bağ salam, yanında da odam olsun,
Bağımdakı ağacların şahı gərək badam olsun!


İnsanlığa fayda verən xoş niyyətim, xoş əməlim,
Könüllərə nur çiləyən xoş səsim, xoş sədam olsun!


"Dost" deyərək güvəndiyim, sidq ürəklə "can" dediyim,
Sadiq olsun ömür boyu, adam kimi adam olsun!


Tənhalıqda bir fayda yox, sıxar hər dəm ürəyimi,
Var olduqca, sol yanımda sevgili yar müdam olsun!


Vaxt yetirə, övladlara quraq gözəl toy-büsatı,
Arzumdur ki, qəlbi gözəl, üzü nurlu qudam olsun!


Sən, ey Zəka, fəxr eylə ki, Azərbaycan övladısan,
Bu vətəni sevməyənin ürəyinə qadam olsun!


скачать dle 12.1
Geri qayıt