BAĞDASARIYAN, DAĞDA SARIYAN

BAĞDASARIYAN, DAĞDA SARIYAN
Sargis Bağdasarıyan yalnız bağda yox dağda da sarıyıb. 1967-də bir heykəl tikib. Qarabağa zor ilə başqa ölkələrdən sürgün edilmiş ermənilər yerli Türk əhalinin uyqrlığına uyaraq, yerli əhalinin işlətdiyi "Dədə-baba" söz birləşimini "Dedo-Babo" olaraq işlədib.  S. Bağdasarıyan da torpaq iddiası yuxusunda ölüb gedən ermənilər karvanından imiş. O öz beynində sanki "Tatik-Patik" ya "Nənə-baba" heykəlini düzəldib başlarını torpaqdan eşiyə qoyub gövdələrini torpağa quylayıb üzlərini Ağrı dağına çevirmək'lə Azərbaycanın neçə min illik tarixi torpaqlarına sahab çıxa biləcək idi. Deyən yoxdu, axı xan oğlan! Sənin öz soy adın "bağdasarıyan", işlətdiyin "Dedo-Babo", köçdüyün torpaqlar hamısı Türk varlığı, Türk mədəniyyəti, Türk dili dir. Dünən yox bu gün yerindən durub birdən birə göbələk torpaqdan çıxan kimi necə torpaq sahabı oldun?!
Sənin işlədiyin heykəldəki yaşmaq da Türk ulusunun aynı (ənənə, tradition) dır. #Ağrı dağına Makı, Avacıq, Qəreyni (Çaldıran) tərəflərində #Ərarvad deyirlər. Ər-arvad da Türk sözsükləri dir: "ər" üst, üstün; "arvad" isə aşağı, aşgıdakı anlamında dır. Ağrı dağına adı gəlmiş bölgələrdən baxanda bir başı o biri başından bir balaca qısa, alçaq görünür. Ona görə yerli Türk xalqı o dağa "Ər-arvad" deyiblər. Uydurma ustası olan ermənilər də götürüb onu "Ararat" adlandırıblar. Bir kök sözcük olaraq "ər", örnək üçün #Əralan, #ƏrƏləmdar kimi coğrafi adlarda bu anlamları özlərində daşıyır.Bağda sarıyan, sən də, sənin ərbabların da bunu hamıdan yaxşı bilirsiniz: Bu torpaqlarda minlər il dir kök salmış bir xalq, bir ulus var. O da Türk ulusu dır.
19 Oktyabr, 2025
#XankəndiBURA AZƏRBAYCAN DIR
Bu təpəni görürsən?
Burda atam yatıbdır.
O təpəni görürsən?
Orda babam yatıbdır.
Hələ o dağı demə,
O dağın təpəsində
Ulu dədəm yatıbdır.
Bura "Cocuq Mərcanlı",
O dağ "Şahdağ",
Bu biri isə "Soyuq",
Xoyda'sa gözəl "Əvrin",
Urmuda "Buzlu Sinə",
O yanda "Tikan Təpə",
O da "Sultan Savalan",
Bu "Səhənd", o da "Əlvənd";
Bura Azərbaycan dır.
Bu qutsal torpaqlara
Qonaqsan, xoş gəlibsən,
Bir də yüz illik olsun,
Qonaq ancaq qonaq dır.
Ev yiyəsi minlər il
Torpağın qarışına
Minlərlə can, qan vermiş
Ulu babalarım dır.
Onunçün bu torpaqdan
Gəlib keçdiyin zaman
Səssiz ol, sayqılı ol.
Bizim ulu babalar
Qonağa hörmətlikən
Hörmətsizliyi sevməz.
Harda qalsın qonaqkən
Torpaq iddiasıyla
Həddini aşıb daşma;
Bura Azərbaycan dır,
Həyasızlığa dözər,
Abırsızlığa dözər,
Nankorluqları amma
Saqın, heç vədə sevməz!
Gördüyün hər bir daşın
Gördüyün hər bir qaşın
Min illər'lə yoğrulmuş
Zəngin bir yaddaşı var.
Kayinatın iliyi
Sümüyünə işləşmiş
Tarixi var, yaşı var.
Bu qutsal torpaqlara
Qaçıb sığındığvı,
Bu xalqın qapısına
Pənah gətirdiyivi
Saqın, heç vaxt unutma!
Sənə yazığı gəlib
Qucağını açıbsa,
Saqın nankorluq etmə!
Bura Azərbaycan dır,
Sən bir qonaqsan ancaq!
Araz Əhmədoğlu
Aprel 08, 2017, #Xoy.
скачать dle 12.1
Geri qayıt