Parçalanmış MÜSTƏQİL AZƏRBAYCANIMIZ QUTLU OLSUN!

Parçalanmış MÜSTƏQİL AZƏRBAYCANIMIZ QUTLU OLSUN!
Bilman İSAQ
Müstəqillik başlıca olaraq mənəvi duyğudur. Xalqlar xalq kimi müstəqil olmaq istəyəndə onun uğrunda vuruşur və müstəqilliyi qazananda mənəvi həzz, fərəh qazanır. İnsan bu duyğunu o vaxta qədər yaşayır ki, kənardan müdaxilə olmayana qədər.
Yüzillər boyu xalqın mədəniyyət sistemi yaranır, ancaq hansısa dönəmdə yaratdıqlarını yel aparır. Bu sərvəti bir yerə toplayan, xalqın yaratdıqlarını və xalqın özünü qorumaq üçün bənzərsiz bir quruma gərək olur. Bu qurum – Dövlətdir! Dövlət qurmaq isə hər millətin bəxtinə düşmür. 
1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin çöküşü dövlətçilik tariximizin kədərli səhifəsidir. Belə bir gündə Azərbaycan Xalq Cümhuriyyətini quran uca kişiləri sayğıyla anırıq. 
Biz müstəqilliyimizin bərpasına nail olana qədər, onu qazanana qədər çox çətin anlar yaşadıq, itgilər verdik, hər tərəfdən müstəqilliyimizi boğmağa çalışdılar, amma buna nail ola bilmədilər, çünki o zaman ümümmilli lider Heydər Əliyevi xalqın təkidi ilə Naxçıvandan zorla hakimiyyətə gətirdilər.
Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində bu günün yaranmasını bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 Asif Atanın bu sözünü unutmamalıyıq: “Azərbaycan birdir, əgər ikidirsə, o, yoxdur əslində!”
Parçalanmış yurdumuzun bir guşəsində qurduğumuz müstəqillik qutlu olsun!
скачать dle 12.1
Geri qayıt