4.000 İllik Kanalizasiya Möcüzəsi..

4.000 İllik Kanalizasiya Möcüzəsi.. 1920-ci illərdə ingilis arxeoloqu Leonard Vulli Mesopotamiyanın ən mühüm şəhərlərindən biri olan Urda qazıntılar apararkən, küçələrin altında tarixi bir sürprizlə qarşılaşdı: 4.000 illik, olduqca yaxşı qorunub saxlanmış kanalizasiya sistemi.
• Bu sistem Sümerlərin təkcə su və tullantı idarəçiliyində deyil, həm də təmizlik, gigiyena və ictimai sağlamlığa verdiyi əhəmiyyəti göstərirdi. Bişmiş gil borularla qurulan kanallar qədim şəhər həyatının necə səliqəli və planlı olduğunu üzə çıxarırdı.
• Bu kanalizasiya sistemi yalnız mühəndislik möcüzəsi deyil, həm də 4 min il əvvəlki həyat tərzinin günümüzə qədər gəlib çıxmış bir sübutudur.
Bəzən Tarix bizlə küçələrin altında gizlənmiş sirlərlə danışır...

Gülnarə SAF

скачать dle 12.1
Geri qayıt