Kitab festifalı, ya nəşriyyatlar, kruq ədəbiyyatları bazarı?
Sadıq QARAYEV
Ən acınacaqlı haldır ki, yazıçı kitabını önünə qoyub, satmaq üçün gözləsin. Bəlkə də ağı desin.
Bu kartof deyil, qarpız, nə də qutab deyil, kitabdır. Onu yazan da yazıçıdır, şairdir, onların istedadını, zəhmətini piştaxtanın ümidinə buraxmaq olarmı?
Dəhşətli deyil ki, yazıçı öz istedadını "polkanın" üstünə sərib, alanı gözləsin?
Bir tərəfdən də böyür başına kamaz- kamaz bərbad vəziyyətdə tərcümə edilmiş xarici məşhur yazıçıların- Dostoyevski, Tolstoy, Hüqonun kitablarını töksünlər. Ömüründə kitab oxumayan, şöhrət naminə ki, bəs mən filan məşhurun kitabını oxumuşam düşüncəsində olanlar da daraşsın həmin kitabları almağa...
Kitab festifallarında, bayramlarında durun qapının ağzında baxın görün Nizaminin, Füzulinin, Cavidin, Anarın və indiki məşhur yazıçılarımızın, AYB katiblərinin kitabları nə qədər alınır, xarici ədəbiyyatdan nə qədər alırlar...
Onsuz da xarici görəndə enerji almış elektron kimi ruhmuz həyacanlanır, milli orbitindən xaricə sıçrayır, özümüzdən gedirik...
Amerikan qarpız sortları iriliyinə və " tovarnı vidinə" görə yerli qarpız sortlarını bazardan çıxardığını görmədiniz? Öz qarpızlarımızın iri, qırmızı dənələri olurdu, qurudub, " çırtlayırdıq"
Hanı dadlı, ətrli, faydalı pomidor, gülbəsər, üzüm sortları? Üzüm satırlar ki, gilləri dana boyda...
Àlimlər təsdiq edirlər ki, yerli meyvə tərəvəzlər unsan orqanizminə daha xeyrlidir.
Xarici ədəbiyyat da oxumaq lazımdır söz yox, amma özününkünü qırağa atıb, yox etmək olmaz. Öz ədəbiyyatımız canında, ruhunda milli informasiyaların, azərbaycançılıq ideallarının, dərd- sərinin bədii genetikasını daşıyır axı...
Nə isə...
Yaxşı kitablar dürüstlüklə seçilməli, müəllifinə qonarar verilməlidir. Və o kitablar məktəblərə rayonlara paylanmalıdır. Məktəbdə məsələn hər sinifə hər bir kitabdan 3-5 dənə...
İndi belə də olsa yenə bu işlə məşğul olan qalustuklu , qalınqabıqlı qarpızbaşlar öz tayfa- tülələrinin kitablarını seçəcəklər, uşaqlar da sinifdə onları ora - bura atıb oynayacaqlar...
Ya da kərmənin altına qoyub od qalayacaqlar.
Qalmışıq fırlana- fırlana Molla Nəsrəddin dairəsində, Biləcərini keçə bilmirik. Uzağa hoppanırıq, amma Qobustana düşürük..
Ən lazımsız, məni iyrəndirən söz də " dünya təcrübəsi"dir. Dünyada belə- dünya da elə...
30 ildi meymun kimi yamsılayırıq.
Büdcədən oğurlamağın akademiki, dünya çempionuyuq, di gəl normal ideya, plan, özümüzə məxsus bir şey yaratmaqda can çəkirik, ya da qanmırıq.
Özü də bu festifallarda ortada ən çox görünən kimlərdir?
Azərbaycan ədəbiyyatının belini bazar daşı ilə qıran nəşriyyatlar, büdcədən pul silmək, iş görntüsü yaratmaq istəyən təşkilatlar, qutab- pivə süfrəsindən uzağa gedə bilməyən dostluq kruqları, yalançı dəmir- dümür, kağız filandan "məşhurluq" nərdivanı düzəldənlər... Kitablarla şəkil çəkdirənlər...
Bir sözlə Misir fironunun cadugərlərinə bənzər ədəbi cinbaşlar...
Siz bu ortada qoltuğunda toy toyuğu aşağı- yuxarı qaçanların yaradıcılığına, sosial hesablarındakı səhifələrinə baxın görün bir neçə gün öncə anım günündə ciddi nəsə hekayə, esse, şeirləri var? Heç olmasa dövlətin, millətin vacib günlərində aydın münasibətləri vardır?
Bir Musa əsası lazımdır ki, bunların hamısını uda...
Əl qərəz, yazıçı kitabını qabağına qoyub satırsa, onu və əsərlərini küçənin, bazarın ümidinə tərəf qovublarsa, bu bayram deyil, ölü yeridir.