Bəzən bir gün min illərin yükünü daşıyır

Bəzən bir gün min illərin yükünü daşıyır
Məhərrəm TAĞIZADƏ
Bəzən bir gün min illərin yükünü daşıyır. 20 Sentyabr – Azərbaycan tarixində elə bir gündür. O gün biz yalnız suverenlik aktını qəbul etmədik, əsrlərin həsrətini qırıb, millət kimi taleyimizə sahib çıxdıq.
Suverenlik – torpağın nəfəsi, xalqın ürək döyüntüsü, bayrağın dalğalanan ruhudur. Onsuz dövlət – köksü kəsilmiş ağac kimidir: kökləri torpaqda olsa da, yaşaya bilmir. 20 Sentyabr bizə bu həqiqəti xatırlatdı – azadlıq olmadan nəfəs də yoxdur, gələcək də.
O günün səsi sadəcə parlament zalında eşidilmədi. O səs küçələrdə, meydanlarda, kəndlərin sükutunda, dağların zirvəsində, dənizin dalğasında dolaşdı: “Azərbaycan azaddır, Azərbaycan suverendir!”
Bu gün biz başımızı dik tuturuqsa, səbəbi həmin gündür. Bayrağımız köksümüzdə qürurla dalğalanırsa, səbəbi həmin gündür. Şəhidlərimizin ruhu rahat yatırsa, səbəbi yenə də həmin gündür.
20 Sentyabr – sadəcə tarix deyil, millətin şərəf andıdır.
Azadlıq – nəfəsimizdir.
Suverenlik – qürurumuzdur.
Vətən – ömrümüzün sevgisidir.
Və mənim üçün bu günün adı sadəcə “bayram” deyil – Azərbaycanın suverenliyi mənim ürəyim, nəfəsim və gələcəyimdir.
скачать dle 12.1
Geri qayıt