Sənə “bacarmazsan” DEYƏNLƏRİ DİNLƏMƏ
Kolumbiya Universitetində bir tələbə riyaziyyat dərsində yuxuya gedir.
Oyananda, digər tələbələr sinifdən çıxarkən lövhədə yazılmış iki məsələ görür. Bunların ev tapşırığı olduğunu düşünərək dəftərinə qeyd edir və evə gedəndə onları həll etməyə qərar verir.
Evə çatanda bu məsələlərin son dərəcə çətin olduğunu anlayır. Amma ruhdan düşmür. Dayanmadan çalışır, araşdırmalar aparır, kitabxanada kitablar incələyir… və nəhayət, dörd səhifəlik uzun hesablamalarla bu məsələlərdən birini həll etməyə nail olur.
Növbəti dərsdə professorun bu “tapşırıq”dan heç danışmadığını görüb təəccüblənir. Əlini qaldırıb soruşur:
— Müəllim, keçən dərsdə verdiyiniz tapşırıq barədə niyə heç nə demədiniz?
Professor təəccüblə cavab verir:
— Tapşırıq? Onlar tapşırıq deyildi… İndiyə qədər heç kimin həll edə bilmədiyi riyaziyyat məsələlərindən nümunələr idi sadəcə!
Tələbə heyrət içində cavab verir:
— Amma… mən onlardan birini həll etdim!
Həll yoxlanılır, düzgün olduğu təsdiqlənir və Kolumbiya Universitetinin qeydlərinə artıq onun adı ilə birlikdə yazılır. Bu hekayə hələ də universitetin dəhlizlərində danışılır.
Fərqi yaradan nə idi?Professorun bu məsələlərin “mümkün deyil” olduğunu dediyini eşitməmişdi.
Sadəcə, həll olunmalı məsələlər olduğunu düşünmüşdü.
Çətinliyə boyun əymədi. Əzm, qətiyyət və cəsarətlə hərəkət etdi.
Dərs:Sənə “bacarmazsan” deyənləri dinləmə.
Bu mesaj sinifdə yatmağı təşviq etmir; nə olursa olsun öz potensialına inanmağı tövsiyə edir.
Sadəcə fiziki olaraq bir yerdə olmaq kifayət deyil.
Fərqi yaradan sənin qətiyyətin olacaq.
Uğur səninlə olsun.