Qızıl paltarlı (türk) adam

Qızıl paltarlı (türk) adam
1969-cu ildə Qazaxıstanın Almatı şəhərinin 50-km-də qaraj tikmək üçün yol düzəldərkən görülən işlər zamanı təsadüfən tapılan, minlərlə qızıl işləmələrlə örtülmüş zirehli geyim. 
Təəccüblü odur ki, eradan əvvəl qızılı işləyib zirehli paltar düzəldən tək millət türk olmasına baxmayaraq hələ də utanmadan türklərə gəlmə deyənlər var. Geyim tapılarkən yanındakı gümüş qabın üzərində belə bir yazı da vardı: "Xanın oğlu ayın 23-də öldü". Türkoloqlar və digər tədqiqatçılar paltarın sak türklərinə aid olduğunu bildirir. Saklar Azərbaycan xalqının formalaşmasında rol oynayan əsas türk etnoslarından biridir və Ərsak, Saktala, Saki (Şəki), Balasakan, Sakatlı, Cənubi Azərbaycanda Sakan,Sakani,Sakene,Şaqali,Şakabad və s . toponimləri sak türklərinin adı ilə bağlıdır.
2500 il əvvəl atalarımız bir əlifba , həm də eramızın VIII əsrinədək istifadə olunan bir əlifba yaradıblar. Bu geyim həm də qızılın işlənib incə bir şəkilə salınmasını sübut edən bir mədəniyyətin təzahürüdür.
Rövşən MƏRD
скачать dle 12.1
Geri qayıt