Bu yol hasarların, həsrətlərin, ayrılıqların sınmasıdır
Məhərrəm TAĞIZADƏ
Dünya çaşqınlıq dövrünü yaşayır. İnformasiya seli içində insanlar istiqamətini itirir, texnologiya ünsiyyəti zəiflədir, sürət ruhumuzu yorur. Bəşəriyyət bu qədər məlumatlı, amma heç vaxt bu qədər yönsüz olmamışdı.
Amma bir millət var ki, tarix boyu tufanların, fırtınaların içindən çıxaraq öz yolunu tapmağı bacarıb. O millət Azərbaycan xalqıdır. Bizim yolumuzu müəyyənləşdirən təkcə informasiya deyil, tariximizin dərin yaddaşı, xalqımızın sarsılmaz iradəsi və dövlətimizin güclü siyasətidir.
Bugünkü müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə həm xalqın arzularını gerçəyə çevirir, həm də tarixin bizə bəxş etdiyi ədaləti bərpa edir. Qarabağ Zəfəri bu siyasətin ən möhtəşəm zirvəsi oldu. Və indi bu yolun davamı olaraq – illərin həsrətini çəkdiyimiz Naxçıvanı Azərbaycanla birləşdirəcək quru yol gerçəyə çevrilir.
Bir naxçıvanlı kimi mənim üçün bu xəbər sadəcə yolun açılması deyil. Bu, hasarların, həsrətlərin, ayrılıqların sınmasıdır. Çünki o yolun üzərində minlərlə xatirə yatır – babalarımızın ayaq izləri, analarımızın duaları, illərin həsrəti. Mən təsəvvür edirəm ki, bir gün o yoldan Azərbaycanımızın əsas hissəsinə doğru addımlayacağam. Bu mənzərəni gözümün önündə canlandırdıqca qəlbim titrəyir, həyəcan məni bürüyür.
Bəli, dünya çaşqındır. Amma Azərbaycan xalqı çaşqın deyil. Çünki biz bilirik: bizim yolumuz milli birlikdən, vətən sevgisindən və dövlətin düzgün siyasətindən keçir. Bizim kompasımız vicdandır, yol xəritəmiz tarixdir, dayaq nöqtəmiz isə müstəqil Azərbaycan dövlətidir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Naxçıvanın tarixi həsrəti bitmək üzrədir. Bu yol təkcə coğrafiyanı deyil, qəlbləri də birləşdirəcək. Və o gün gəldikdə biz bir daha anlayacağıq: Azərbaycan xalqı tarixdə ən çox məlumatlı, amma heç vaxt çaşqın olmayan nəsildir. Çünki biz həmişə öz yolumuzu tapmışıq – Vətən yolunu!