Gələcəyin PSİXOLOQU bizi QÜRURLANDIRDI
Həmkarımız İlahə Allahverdiyevanın qızı Songül Allahverdiyeva Türkiyənin 13 nüfuzlu dövlət universitetindən qəbul alıb.
İlahə Allahverdiyevanın qızı, gənc istedad Songül Allahverdiyeva TRYÖS imtahanından uğurlu nəticə əldə edərək Türkiyənin 13 nüfuzlu dövlət universitetindən qəbul alıb. Bu nailiyyət onun həm bilik, həm də əzmkarlığının bariz göstəricisidir.Songülün seçimi psixologiya fakültəsi olub. O, bu sahədə təhsil alaraq gələcəkdə insanlara psixoloji dəstək göstərməyi və cəmiyyətə faydalı mütəxəssis olmağı qarşısına məqsəd qoyub.
Xatırladaq ki, Songül əvvəllər mətbuatda da çıxış edərək “Əziz Şuşa, sən Azadsan!” və “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” adlı məqalələri ilə oxucuların rəğbətini qazanmışdı. Gənc yaşında elmə və sözə bağlılığı onun çoxşaxəli inkişafını göstərir.
Qısa müddətdə qazandığı bu uğur yalnız ailəsinin deyil, dostlarının, müəllimlərinin, ətrafındakı hər kəsin, ümumiyyətlə xalqımızın qüruruna çevrilməlidir. Songülün əldə etdiyi nailiyyət həmyaşıdlarına da ilham verən nümunədir.
Biz də Songül Allahverdiyevanı ürəkdən təbrik edir, təhsil və yaradıcılıq yolunda daha böyük zirvələr fəth etməsini arzulayırıq.

Rəsmiyyə HEYBƏTAĞAQIZI
GunAz.az