Dönəcəyik sənə vətən deyə pıçıldadım...

Dönəcəyik sənə vətən deyə pıçıldadım...
Hikmət BABAOĞLU
Ələsgər əmi  toyda hamı Sizi gözləyir buyurun gedək. Yox, mən Şenliyin üstünə sazla  getmərəm ,onda qoy sazım qalsın. Hadisə belə olub.
Aşıq Şenlik Ağbabanın Qaranamaz kəndində toy apararkən sən demə  Karsa toya  gedən Aşıq Ələsgər də həmin kənddəki qonaqçısı İsmayıl Ağanın evində  yola fasilə veribmiş. Bundan xəbər tutan kənd əhli də ustad aşığı israrla toyda görmək istəyib. Aşıqların deyişməsinə çalışan məclis əhlinə aşıq Şenlik Çıldır gözəlləməsi üstündə belə cavab verir.
Aşıq Şenlik Suxaralı
Ələsgər Göyçə mahallı
Nəyə lazım qeylü qallı
Əzəl, axır yaxşılıqdı.
Azərbaycan mədəniyyətinin hakim olduğu tarixi Kars şəhərində, Çıldır gölü ətrafında Ustad Aşıqlarımızı yad etdik. Şenliyin nəvəsi ilə danışdıq. Mən bizim dağların adını söylədikcə barmağını uzadıb, bəli bu gördüyün Göy dağdır, bu İnək təpəsi, bu da Taya  qayadır, dedi. Sevindim, kövrəldim, həyəcanlandım, hisslərim bir birinə qarışdı. Dönəcəyik sənə vətən deyə pıçıldadım.
скачать dle 12.1
Geri qayıt