Çətinliklər insan şəxsiyyətini necə formalaşdırır?

Məhərrəm TAĞIZADƏ
Hər bir xalqın və fərdin həyatında elə dönəmlər olur ki, bu anlar gələcəyin əsasını qoyur, insanın və cəmiyyətin kimliyini formalaşdırır. Azərbaycan xalqı da əsrlər boyu çoxsaylı çətinliklərdən keçib. Lakin bütün bu sınaqlar bizi sındırmadı, əksinə daha da möhkəmləndirdi. Bu məqamda bir sual doğur: çətinliklər insan şəxsiyyətini necə formalaşdırır?
Şəxsiyyətin formalaşması təkcə bilik və mühitlə deyil, eyni zamanda onun qarşılaşdığı mənəvi, sosial və fiziki çətinliklərlə də sıx bağlıdır. Həyatda qarşılaşılan sınaqlar insana dözümlülük, səbir, iradə və təmkin qazandırır. Bu xüsusiyyətlər isə sağlam və vətənə bağlı bir vətəndaş obrazının əsas sütunlarıdır.
Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, “Mən həmişə xalqıma arxalanmışam”. Bu, bir siyasətçinin xalqla birgə keçdiyi çətinliklərin, çəkilən zəhmətin və nəticədə formalaşmış xalq–lider birliyinin ifadəsidir. Əgər çətinliklər olmasaydı, bu birliyin və bu gücün əsası da olmazdı.
Tariximizin ən parlaq nümunələrindən biri olan 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, xalq çətinliklər qarşısında sınmır, əksinə, daha da birləşir və şəxsiyyətlər meydana çıxır. Əsgərdən ali baş komandanadək – hər kəsin daxilindəki ruh, milli kimlik və dözüm bu sınaqdan alnıaçıq keçdi.
Psixoloji baxımdan da, insan çətinliklər zamanı özünü daha dərindən tanıyır, zəif və güclü tərəflərini fərq edir. Bu, həm şəxsi həyatın idarə olunmasında, həm də ictimai münasibətlərdə daha yetkin qərarların verilməsinə səbəb olur.
Bu baxımdan, biz gənclərimizə “asudə həyat” yox, məsuliyyətli həyat öyrətməliyik. Onlara deməliyik ki, böyümək üçün bəzən acı dərslərə də ehtiyac var. Unutmayaq: mərd insanı tərif yox, sınaq böyüdür.
Bu gün Azərbaycan gənci savadlı, vətənpərvər, milli dəyərlərə bağlı olmalıdır. Lakin bütün bunların yanında onu şəxsiyyətə çevirən ən əsas amil yaşadığı çətinliklərdən çıxardığı dərslər və qazandığı əqidədir.
Bəli, çətinliklər həyatımızın ayrılmaz bir hissəsidir. Amma onlar eyni zamanda bizim daxili gücümüzü, milli ruhumuzu və şəxsiyyətimizi formalaşdıran mühüm məktəbdir. Bu məktəbdən keçənlər sabah dövlətini, xalqını, ailəsini və öz mənliyini daha şərəflə qoruyacaqdır.