Məkanımdı AZƏRBAYCAN !

Məkanımdı  AZƏRBAYCAN !
Bu  dünyanın qonağıyam,
Məkanımdı   Azərbaycan,
Uğurunda   verərəm   can ,
Təki   vətənim  var olsun,


Türk dilliyəm türkəm inan,
Ayrı qalmaram qardaşdan,
Can verərəm ona candan,
Təki millətim var olsun.

Uca  dağ   olubdu   vətən,
Diz çökübdü ona düşmən,
Ordumuza  dəstəh   verən,
Təki   turanım  var olsun.


Sinəmin   əriyib      buzu,
Azərbaycan   türk  oğuzu,
Yaşasın  aşıq      Novruzu,
Bir də dostlarım var olsun.
Aşıq Novruz Qazaxlı
скачать dle 12.1
Geri qayıt