Zəncan türk elinin oylaq yeridir

Sənin düşüncənə heyran qalmışam,
Söylə, bu məhəbbət səndə hardandır?
O taylı dostlardan nayran qalmışam,
Söylə bu səxavət səndə hardandır?
Aşıqlar diyarı, qoy gəlsin səsi,.
Hər kəsin muğama vardır həvəsi .
Var Odlar yurdumun odlu nəfəsi ,
Söylə, bu cəsarət səndə hardandır?
Zəncan türk elinin oylaq yeridir,
Ulu babaların yaylaq yeridir.
O tayın, bu tayın ölməz şeiridir,
Söylə , bu dəyanət səndə hardandır?
Xeyirxah dostları unutmaq olmaz,
Zəncan gözəlinin çöhrəsi solmaz.
Yaqutsan, mirvari, ya da ki, almaz,
Söylə , bu mərifət səndə hardandır?
Bakıdan Təbrizə salam göndərin,
Dostların yolunu bura döndərin .
Bu qəmli Raufu hərdən dindirin,
Söylə , bu məharət səndə hardandır?
Rauf İlyasoğlu