Dilimizdə olan mövcud nöqsanlar aradan qaldırılmalıdır

Siyasi şərhçi Teyyub Qənioğlu
Azərbaycanın dövlət dilinin tətbiqi sahəsində mövcud nöqsanlar aradan qaldırılmalıdır.
Məlumdur ki, 1999-cu ilin noyabrında UNESCO-nun baş konfransının 30-cu sessiyasında Beynəlxalq ana dili günü təsis edilib. Bunu nəzərə alaraq, 2000-ci il fevralın 21-dən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə ana dili günü qeyd olunur. Bu gün öz ana dilini qoruyub saxlamaq, daha da inkişaf etdirmək istəyən insanlar üçün ən sevimli bayram günüdür.
Azərbaycan dilinin-azərbaycan türkcəsinin-min illərlə ölçülən tarixi vardır. Tarixdən məlumdur ki, bu illər ərzində azərbaycan türkcəsinin, azərbaycan türklərinin assimilyasiyası məqsədi ilə çoxsaylı layihələrin, planların həyata keçirilməsinə cəhdlər edilmişdir. Son 200-250 illər ərzində buna ən çox cəhd edənlər müstəmləkəçi çar rusiyası, totalitar dövlət olan keçmiş SSRİ və tarixi azərbaycan torpaqlarında qondarılan İran adlanan dövlət olmuşdur. İran bu gün də bu mənfur siyasətini, özü də ən qabarıq şəkildə, davam etdirməkdədir. Belə ki, İran Prezidenti Məsud Pezeşkian 16 fevralda Tehranda keçirilən Təbriz Mədəniyyət həftəsinin bağlanış mərasimində çıxışı zamanı mərhum Şəhriyarın türk dilində şeirini oxuyarkən iradla üzləşib. Azərbaycan adını unutdurmağa çalışan mənfur fars rejimi əvvəllər bu günü “Azərbaycan mədəniyyəti həftəsi” kimi qeyd edirdisə, indi onu “Təbriz Mədəniyyəti həftəsi”kimi qeyd etmişdir. Bu da azmış kimi, hətta Ali Dini rəhbərin göstərişi ilə İran Prezidentinə bu tədbirdə azərbaycan türkcəsində danışmaq qadağan edilmişdi! Halbuki tədbirin mahiyyətinə uyğun olaraq Məsud Pezeşkianın Azərbaycan türkcəsində danışması daha doğru olardı. Ancaq qadağaya baxmayaraq Məsud Pezeşkian Məhəmmədhüseyn Şərhiyarın “Heydərbabaya salam” poemasından iki beyti Azərbaycan türkcəsində oxumuşdur, həm də görün hansı beytləri:

"Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan, ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri."
Hesab edirəm ki,bunu öz millətini, dilini sevən, ancaq məlum səbəblərdən hələ də, susmalı olan insanın yerində deyilmiş bir mesajı kimi qəbul etmək olar!
Azərbaycan müstəqillik əldə etdikdən sonra azərbaycan dilinin-azərbaycan türkcəsinin- qorunub saxlanması, inkişafı istiqamətində bir sıra tədbirlər görülmüşdür və görülməkdədir. Belə ki, 22 dekabr 1992-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir (sonrakı illərdə bu Qanuna müxtəlif əlavələr və dəyişikliklər edilmişdir);1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə, hər il, avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Ancaq təəsüf ki, ölkəmizdə azərbaycan türkcəsinin qanuna uyğun tətbiqi, qorunması ilə bağlı müəəyən çatışmazlıqlar vardır. Azərbaycanda 80 mindən çox insan dövlət maliyyəsi hesabına rus dilində təhsil alır. Ölkə üzrə rus dilində 15 ümumtəhsil məktəbi vardır. Azərbaycanın 324 məktəbində rus dili tədris olunur, 800 mindən çox məktəbli ikinci dil kimi bu dili öyrənir! Biz, tolerant xalq olaraq, rus dilinin tədrisinin əleyhinə deyilik. Ancaq bu dilin tədrisi dövlət hesabına yox, özəl sektorda aparılmalıdır. Son günlər Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinə “rusdilli, rusbaşlı azərbaycanlıların” reyaksiyası, dövlət hesabına rus dilinin geniş şəkildə tədrisinə yenidən baxmaq zərurətini bir daha göstərmiş oldu.
Bizlərin, xüsusilə də, dilin tətbiqinə, qorunmasına cavabdeh olan strukturların, laqeydliyinin, saymazlığının nəticəsidir ki, bu günlər istər Bakı şəhərində, istərsə də, ölkənin digər iri şəhərlərində, müəssisələrin, şirkətlərin adlarına, çox vaxt azərbaycan türkcəsində rast gəlinmir: hər kəs müəssisənin adını öz dilində - rus, ingilis, fransız və s. dillərində - yazır ki, bu da Azərbaycan Respublikasının 15 may 2015-ci iltarixli “Reklam haqqında” Qanununa ziddir! Təəsüf ki, hələ də Azərbaycanın dövlət dilini lazımi səviyyədə bilməyən yüksək vəzifəli məmurların, Milli Məclisin deputatların sayı az deyildir.
Nəyi gözləyirik cənablar, Azərbaycan türkcəsinin tətbiqi sahəsində yuxarıda qeyd edilən nöqsanların aradan qaldırılmasının vaxtı çatmayıbmı?
21 fevral 2025-ci il