Mən azərəm

Əhməd Qəşəmoğlu
şeirdən parca
qədimlərdən qədim türkəm...
min illərdi mən burdayam,
Azərbaycan doğma ölkəm.
Od ilk dəfə
bu torpaqda alovlanıb,
başqaları od deyəndə
məni anıb...
od adını məndən alıb!
Bütün Qafqazı oyatdım,
başdan-başa məskən saldım,
Asiya adlı bir məkanın
üstündədir mənim adım.
Tanrı eşqiylə birləşdim
qəlblə, ruhlaə qardaş olan
ellərimlə Altaylarda.
Bütövləşdim, mən türk oldum,
mərdliyimlə, hünərimlə
tarixlərə bir görk oldum.
Şər dövranı əsir aldı,
yeritdi mənim üstümə,
nurumdan pay alanları
qaldırdı mənim qəsdimə,
yer üzünün gözü yaşlı,
hər yanda dərd burulğanı,
yer üzünün başı itib,
itəndən türkün nizamı.
Mən azərəm!
qədimlərdən qədim türkəm...
yer üzüdü mənim ölkəm!