İşə qəbulda yenilik

İşə qəbulda yenilik
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib.
GunAz.az məlumat verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb.
Yeni qaydalara görə, müsahibə mərhələsində direktor vəzifəsi üçün minimal keçid balı 22, direktor müavini vəzifəsi üçün isə 20 bal müəyyən olunub.
Bu dəyişikliklərin əsas məqsədi daha çox namizədin müsabiqədə iştirakına imkan yaratmaqdır.
Müsahibədə iştirak edən namizədlərin qiymətləndirmə meyarlarında da dəyişikliklər edilmişdir. Namizədin qiymətləndirilməsi 4 meyar üzrə konkret kriteriyalar və standartlaşdırılmış qiymətləndirmə formaları əsasında aparılacaqdır.
Test və müsahibə mərhələsində topladığı balların cəmi əsasında namizədin yekun nəticəsi (faizlə) hesablanacaq. Test və müsahibədə ayrı-ayrılıqda 55% və daha artıq nəticə göstərənlər həm direktor, həm də direktor müavini vəzifələri üçün, 50%-54% nəticə göstərənlər yalnız direktor müavini vəzifələri üçün vakansiya seçmək hüququ əldə edəcəklər.
скачать dle 12.1
Geri qayıt