Bunlara da şəhid statusu verilə bilər.

GunAz.az xəbər verir ki, bu təkliflə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov çıxış edib.
"İki ay bundan əvvəl azad edilmiş ərazilərdə ilk dəfə olaraq həmkarımız tələ minanın zərərsizləşdirilməsi zamanı həlak oldu. ANAMA kollektivə bizə müraciət etdi ki, minatəmizləmə zamanı həlak olan şəxslərə xüsusi status verilsin. Qanun layihəsinin plenar iclasda müzakirəsi zamanı minatəmizləmə zamanı həlak olanlara da şəhid adının verilməsi məsələsini qaldırmağı xahiş edirəm", - deyə B.Məmmədov bildirib.