SİYASİ ŞƏRHÇİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reallıqları nəzərə almalıdır

Siyasi şərhçi Teyyub Qənioğlu
Əmək və Əhalinin Sosial Müdafiə nazirliyin rəhbərləri- sosial siyasət yürüdərkən ölkədə olan reallıqları və onun dəyişmə meylini nəzə almanızı tövsiyə edirəm!
Musavat.com saytını izləyərkən çox qəribə, eyni zamanda utanverici bir yazıya rast gəldim (Azərbaycanda "uşaqpulu"nun verilməsi ilə bağlı SON DƏQİQƏ açıqlaması - RƏSMİ). Saytın yaydığı xəbərdə qeyd edilir ki, Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Hidayət Abdullayev "uşaqpulu"nun verilməsi ilə bağlı suala cavab verərkən deyib ki:"Uşaqpulu" sovet dövründə bir stimul idi ki, bunu ailələrdə uşaqların sayının çox olması üçün edirdilər. Azərbaycanda hazırda belə problem yoxdur. Demoqrafiya baxımdan bu, əlverişli üsul deyil”(?!). Bərəkallah cənab nazir müavini! Deyəsən bu cənabın ölkəmizdə əhlinin hər 1000 nəfərnə düşən təbii artımın 2015-ci ildəki 11,7 nəfərdən 2023-cü ildə 5,2 nəfərə düşdüyündən; həmin illərdə əhlinin hər 1000 nəfərnə düşən doğulanların sayının, müvafiq olaraq, 17,4 nəfərdən 11,1 nəfərə qədər azaldığıdan; ölənlərin sayının 5,7 nəfərdən 5,9 nəfərə yüksəldiyindən; körpə ölümünün 11,0 nəfərdən 18,1 nəfərə (!) qalxdığından; rəsmi nigahda olanların sayının 7,3 nəfərdən 5,3 nəfərə endiyindən; boşananların sayının 1,3 nəfərdən 2,1 nəfərə qalxdığından; ölkədə işsizliyin və inflyasiyanın real səviyyəsindən, günbəgün artan və sonu görünməyən qiymət artımlarından “xəbəri yoxdur!(?).
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycanda demoqrafiya problemi var, bu problem getdikcə dərinləşməkdədir və hökumət çoxuşaqlılığı təşviq etmək üçün uşaq pullarının verilməsini bərpa etməlidir. (Azərbaycanda "uşaqpulu" adlanan müavinətin hər uşaqbaşına verilməsi 2006-cı ildə dayandırılıb).
Görünür ki, müxtəlif bəhanələrdə pensiyaçıların, əlillərin pensiyasını kəsən, pensiya almaq hüququ olanların haqqını pozan, qazilərə qənim kəsilən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəhbərlərinin bu nazirliyin missiyası haqqında elemantar anlayışları yoxdur və reallıqda bu nazirliyi Əmək və Əhaliyə Sosial Zülm Nazirliyinə çeviriblər!
Qeyd edilən nazirliyin rəhbərləri- sosial siyasət yürüdərkən ölkədə olan reallıqları və onun dəyişmə meylini nəzə almanızı tövsiyə edirəm!