Bakıdan bəzi rayonlara onlayn bilet satışına başlanılır.

"Biletim.az" portalı vasitəsilə Bakıdan Şəmkir, Beyləqan və Gədəbəy rayonunun Novoivanovka kəndinə onlayn biletlər satışa çıxarılır.
Gunaz.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.Məlumata görə, portala daha əvvəl mövcud olan Bakı-Kürdəmir, Bakı-Siyəzən və Bakı-İsmayıllı marşrutları üzrə də əlavə reyslər daxil edilib. Bakı-İsmayıllı marşrutları üzrə Şamaxı şəhəri aralıq məntəqəsi kimi təyin olunub.Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.