YAP-ın tam olmayan namizədlər siyahısı AÇIQLANDI

GunAz.az xəbər verir ki,bunu YAP İdarə Heyətinin üzvü Musa Quliyev İdarə Heyətinin iclasından sonra apa-ya açıqlamasında deyib.
O, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və AMEA prezidenti İsa Həbibbəylinin adının isə YAP-ın siyahısında olmadığını bildirib.
“Veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib. Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Eyvaz Qurbanovun adı YAP-ın namizədlər siyahısında var. Bu da onu göstərir ki, partiya öz veteranlarını unutmur. Vasif Talıbov, İsa Həbibbəylinin adı siyahıda yoxdur, Eldar İbrahimovun adı isə namizədlər siyahısına daxil edilib”, – deyə o qeyd edib.
Musa Quliyev hazırkı deputatlardan Aqiyə Naxçıvanlı və Sədaqət Vəliyevanın da adının namizədlər siyahısında olmadığını bildirib.