Bu istiqamətə getmək istəyənlərin NƏZƏRİNƏ

Bu istiqamətə getmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Hava Yolları QSC (AZAL) martın 19-dan Bakıdan İsrailin paytaxtı Təl-Əvivə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.

Bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Apreldən isə uçuşlar həftədə 9 dəfə olacaq.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
скачать dle 12.1
Geri qayıt