Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq

Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq
SmartElektroniks MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan səbəbdən ödəniş sistemi martın 2-si saat 22:00-dan martın 3-ü saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.
“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, - məlumatda qeyd edilir.
скачать dle 12.1
Geri qayıt