Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək?

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.