Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-də səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.