Bu universitetlər akkreditasiyadan keçə bilmədi

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, bu günə kimi 7 universitet - AzTU, BDU, UNEC, ADPU, AzMİU, Xəzər Universiteti və LDU akkreditasiyadan keçib:
“Digər 3 universitet - SDU, UNEC-in Zaqatala filialı və BDU-nun Qazax filialı akkreditasiyadan keçə bilməyib. Bu univerisitetlər 2024-cü ildə təkrar yoxlanılacaq. Siyahıda olan ADA, ATU və BMU-da isə akkreditasiya prosesi davam edir və gələn həftə yekunlaşacaq”.