"Unutmayaq, Unudulmayaq"-11 Fevral
İsa Məmmədov
Qarabağ müharibəsi iştirakçısı, şəhid İsa Məmmədov 1994-cü ilin fevralın 10-da Xocavənd istiqamətində düşmənin qrad qurğuların və atəş nöqtələrini susdurmaq əmri alan tağım hücuma keçir. Bu döyüşün şiddətli anında fevralın 11-də ağır yaralanır və həlak olur. 27 yaşlı cəsur komandir ölümündən sonra Azərbaycan Respublika Prezidentinin 11 oktyabr 1994-cü il fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Evli idi, bir oğlu yadigar qalıb.
***
Rəşadət Piriyev
Rəşadət Piriyev
Döyüşçü Rəşadət Piriyev mühasirəyə düşmüş yaralı tağım kоmandirinin azad еdilməsi zamanı, tağımın apardığı döyüş əməliyyatında qəhrəmancasına şəhid оlmuşdur. 11 fеvral 1994-cü ildə Kəlbəcərdə şəhid оlmuşdur. Məzarının yеri dəqiq məlum dеyil.
***
Elza İbrahimova
Azərbaycanlı bəstəkar, Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimova "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür. Bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir.
***
Möhsün Sənani