NK bu quruma yeni səlahiyyət verdi

NK bu quruma yeni səlahiyyət verdi

Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli dəyişikliklər edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilib:

“6. Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı işləri ilə bağlı göstərilən xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir”.

скачать dle 12.1
Geri qayıt