Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9%-dən 8,5%-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7,5%-dən 7%-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 10%-dən 9,5%-ə endirilib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 20-də ictimaiyyətə açıqlanacaq.

скачать dle 12.1
Geri qayıt