Xankəndidəki qanunsuz xuntanın “liderləri” Qarabağı tərk edib-etməmək barədə bu gün qərar verəcəklər.
Bunu qarabağlı “fəal” Gevorq Arstamyan Feysbuk səhifəsində yazıb.
“Qarabağda atışma davam edir. Mənbələrdən məlum oldu ki, Qarabağın “rəhbərliyi” bu gün bir qərar verəcək: ya qalacağıq, ya gedəcəyik, bir sözlə, ya qalacaq və Azərbaycana inteqrasiya olunacağıq, ya da Qarabağı tərk edəcəyik”, - o bildirib.