Baş nazirdən daha bir qərar

Baş nazirdən daha bir qərar

Nazirlər Kabineti “İşçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 23 may 2001-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 ildə peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınacaq.

скачать dle 12.1
Geri qayıt