Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 18 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, - Mərkəz diqqətə çatdırıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub.
Xatırladaq ki, ötən gün axşam saatlarında Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.