Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
GunAz.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.
Reklamınızı SmartBee ilə effektiv edin.Qərarda deyilir:
Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;
5. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”nin təsdiq edilməsi;
6. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;
7. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;
9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.
скачать dle 12.1
Geri qayıt