Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sözçü təyin edildi

Jurnalist Sabir Bilalov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri təyin edilib.
S.Bilalov bu barədə Feysbuk səhifəsində paylaşım edib.
"Fəaliyyətimi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri kimi davam etdirəcəyəm. Etdimad göstərənlərə təşəkkür edirəm! Kompleksin fəaliyyəti ilə bağlı suallarınızı 7/24 cavablandırmağa hazıram”, - jurnalist bildirib//axar.az