Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Görüşdə D.Paçekonun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.

İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolu təqdir edilərək Azərbaycanın bu təşkilatla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi bildirilib.

Azərbaycanın İPU-ya üzv kimi səmərəli fəaliyyəti, həmçinin qarşıdakı dövrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
скачать dle 12.1
Geri qayıt