MİQ imtahanlarına sənəd qəbulu başlayır

MİQ imtahanlarına sənəd qəbulu başlayır
Növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək:

"Eyni zamanda bu il 31 mərkəzində imtahanlar keçiriləcək”.

"Son 10 ildə 4 müəllimdən biri müsabiqə əsasında, 3-ü isə köhnə sistem əsasında işə qəbul olunub. Bu il 10 minə yaxın vakansiya elan olunacaq”, - nazir əlavə edib.
скачать dle 12.1
Geri qayıt