Şəhid anası vəfat etdi
Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun anası vəfat edib.
Şəhidin anası Mərziyə Qardaşxanova may ayının 12-də xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib// publika.az
